1 May, 2015
Yarışa görə bu yol bağlanacaq

Sabahdan keçiriləcək yarışlarla əlaqədar böyük magistral yol bağlanacaq.

“Azəryolservis” ASC-dən Simsar.az-a verilən məlumata görə, Triatlon üzrə idman yarışlarının keçirilməsi ilə əlaqədar 2 may 2015-ci il tarixdə saat 05:00-dan 17:30-dək müddətdə Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt yaşayış məntəqələrini birləşdirən Bakı Dairəvi Yolun Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Mərdəkan qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!