1 May, 2015
Gürcüstan prezidenti yeni doğulan körpəsiylə - FOTO

Gürcüstan prezidenti Georgi Marqvelaşvili və həyat yoldaşı Maka Çiçua “OK!” jurnalının üz qabığına çəkiliblər.

Simsar.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, yeni dünyaya gələn oğulları Teymurazla obyektiv qarşısına keçən cütlük uşaqların tərbiyəsindəki rollarından danışıblar.

Qeyd edək ki, Georgi Marqvelaşvilinin birinci evliliyindən 1993-cü ildə anadan olmuş Anna adlı qız övladı var. Marqvelaşvili bir neçə il rəssam və aktrisa Maka Çiçua ilə vətəndaş nikahında yaşayıb. Onlar 2014-cü ilin payızında evləniblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!