1 May, 2015
Səudiyyə “husi”lərin hücumunu dəf edib

Səudiyyə qoşunları Yəmənlə sərhəddə şiə məzhəbinə mənsub olan husi qiyamçılarının böyük hücumunu dəf edib.

Simsar.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə dövlət televiziyasını məlumat yayıb. Bildirilir ki, mart ayından bəri Səudiyyənin başçılıq etdiyi koalisiya şiə husilərin Yəməndəki mövqelərinə raket zərbələri endirir.

Lakin ilk dəfədir husilər hava zərbələri başlanandan bəri Səudiyyə ərazisinə hücum edirlər.

Saudi Press Agentliyi (SPA) bildiririr ki, hücum ölkənin cənub sərhədlərindəki Nacran şəhəri istiqamətində baş verib.

SPA-nın verdiyi xəbərə görə husi qiyamçıları ilə Səudiyyənin quru qoşunları arasında baş vermiş toqquşma əsnasında hərbi hava qüvvələrindən dəstək istənib.

Yəməndə paytaxt Sana da daxil olmaqla ölkənin şimalına nəzarət edən husilər artıq bir neçə aydır ki, Yəmən hökumət qoşunları ilə döyüşürlər.

Ötən cümə axşamı Səudiyyənin sərhəd keşikçilərindən biri mərmi atəşindən həlak olub. Beləliklə, son 5 həftədə Səudiyyənin husilərlə toqquşmalarda verdiyi itkilərin sayı 14-ə çatıb.

Yəməndə vətəndaş münaqişəsi başlanandan bəri 300 min adam evlərindən didərgin düşüb.

Humanitar təşkilatlar bildirirlər ki, ən böyük narahatlığı uşaqların vəziyyəti doğurur.

BMT hər iki tərəfi atəşkəsə çağırıb. BMT-nin baş katibi Ban Ki-moon deyib ki, o, hava bombardmanlarından və torpaq üstündə gedən döyüşlərdən dərin narahatlıq keçirir.

Münaqişə başlanandan Yəməndə 1200 insan həyatını itirib.

BMT-nin təxminlərinə görə ölkənin yarısı aclıq keçirir.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!