1 May, 2015
“Neftçala”dan tarixi zəfər – Video

Azərbaycan futbolunda yeni komanda əsas çempionatda iştirak hüququ qazanıb. Birinci divizionda mübarizə aparan “Neftçala” Premyer Liqanın 2015/2016 mövsümünə vəsiqə əldə edib.

Simsar.az-ın xəbərinə görə, səfərdə “Moik”lə qarşılaşan Kamal Quliyevin (millinin sabiq üzvü) komandası 4:1 hesabı ilə qalib gələrək xalını 68-ə çatdırıb. Komanda bundan sonrakı oyunların nəticəsindən asılı olmayaraq, ilk iki pillədən birini tutacaq.

AFFA İntizam Komitəsinin son qərarına əsasən, aşağı dəstədən Premyer Liqaya AFFA-nın lisenziyalaşdırma qaydalarına uyğun gələn və I divizionda müvafiq yerləri tutan iki klub yüksələcək.

"Neftçala" futbol klubu ilk dəfə "Anşad Petrol" adı ilə 2004-cü ildə Neftçala rayonunda yaradılıb. Komanda ilk dəfədir ki, yüksək liqaya vəsiqə qazanır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!