13 May, 2011
Dövlət orqanlarına qəbul imtahanları

2602 nəfər rəsmi qulluq arzusundadı

Simsar.az-ın məlumatına görə, prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı mayın 18-də olacaq. 

Bu günədək imtahanda iştirak etmək istəyən 454 nəfərin namizədliyi qeydə alınıb. Mayın 20-də vergi orqanlarında işə qəbul olmaq istəyənlər üçün test imtahanları keçiriləcək. Bu vaxtadək vergi orqanlarına qəbul imtahanlarında iştirak etmək istəyən 1620 nəfərin namizədliyi qeydə alınıb. Mayın 22-də miqrasiya orqanlarında qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək. İndiyədək 528 nəfərin namizədliyi qeydə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!