13 May, 2011
Gəncədə Nizami Mərkəzi yaradılacaq

Mərkəz üçün yeni bina inşa ediləcək

Gəncədə Nizami Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu barədə Simsar.az-a Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, mərkəz üçün yeni bina da inşa ediləcək. Burada Nizami Gəncəvinin ədəbi isri araşdırılacaq və təbliğ olunacaq. 

Mərkəzin yaradılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə danışıqlar aparılır.

Ötən il Gəncə Regional Elmi Mərkəzdə Nizamişünaslıq şöbəsi də fəaliyyətə başlayıb.

Vüsalə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!