29 Aprel, 2015
Bu yazın ən dəbli çantaları – Fotolar

Bahar gəldisə, demək ki, boya və dəyişikliklərin zamanıdır. Qarderobda yeni çanta kimi əhval-ruhiyyəni qaldıran yaxşı heç nə yoxdur.

Çanta hər qadının qarderobunda ən lazımlı əşyalardan biridir. Çanta seçiminə məsuliyyət və diqqətlə yanaşsanız, bu zaman o hətta ən darıxdırıcı obrazı canlandıra və parlaq detala çevrilə bilər. Bu əşyanı seçərkən bir neçə vacib amilə diqqət etmək lazımdır. Bunlar çantanın həcmi və rahatlığı, rəngi, eləcə də mövsümə uyğun olmasıdır. Bu il dizaynerlər müxtəlif ölçülərdə və formada çantalar təklif edirlər. Bundan başqa, 2015­ci ildə həndəsi ornamentlərlə bəzədilmiş rəngarəng çantalar dəbdə olacaq.

Simsar.az  Buro 24/7 -ə istinadən  yaz mövsümünün ən populyar 13 çantasının toplusunu təqdim edir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!