28 Aprel, 2015
Primadonna tacdan imtina etdi

“Balon-balon var dövlətim var”

Xalq artisti İlhamə Quliyeva "A dan Z yə" verilişində digər Xalq artisti Flora Kərimova haqqında maraqlı fikirlər səsləndirib. Simsar.az xəbər verir ki, Zaur Nəbioğlunun aparıcılığı ilə Ans tv-də yayımlanan veriliş bir çox məqamlarla yadda qalıb: "Ola bilər ki, münasibətimiz mən ölənə kimi də olmasın. Amma sənətkara başqa söz demək günahdır. Onun qızının məni çox istədiyini bilirəm. Allah onu xoşbəxt etsin. O da anasının övladıdır. Xanımın özünə can sağlığı arzu edirəm. O yaşasın. Sənəti, səs diapazonu böyükdür. Heç bir xanım müğənninin onun qədər səs diapazonu yoxdur. bunu açıq deyirəm. Mənim ürəyim böyükdür. Bizimki tutmadı da... ".
Qeyd edək ki, xalq artistləri İlhamə Quliyeva və Flora Kərimova illərdir küsülüdür. Verilişdə  İ. Quliyeva tacdan imtina etdiyini də açıqlay;b: "Son vaxtlar tutuquşu kimi çoxu tac taxır, tamaşaçılar məni bağışlasınlar bəzilərinə tac uzunqulağa palan yaraşan kimi yaraşır. Bu cür halları görüb mən artıq tac taxmaq istəmirəm. Çox nadir hallarda, o da baxır hara gedəndə tac taxacam. Əslində, mən bu tacları rəsmi yolla almışam və hər verilişdə, hər çıxışımda başımda tac olmalıdır, artıq dediyim kimi bəzilərini görüb qismən imtina edirəm"  - deyən Quliyevanın 9 tacı var.
Xalq artisti serial çəkdirəcəyini də bildirib: “Maraqlı bir ssenari əsasında serial çəkdirəcəm. Bu işdə böyük komanda çalışacaq" deyən Quliyeva bunun biznes məqsədi ilə yox sırf sənət məqsədi ilə etdiyini də xatırlatdı. Xalq artisti: "Mənim öz büdcəmə nə gəlib ki, bu işdən pul güdüm, hələ şükürlər olsun balon-balon var dövlətim var" – deyərək zarafatından da qalmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!