28 Aprel, 2015
Sabir Rüstəmxanlı deputatlardan inciyib

Aprel ayının 18-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) 13 qurultayını keçirdik.

Yüksək səviyyədə keçən qrultayda Türkiyə və İraqın millət vəkilləri iştirak edirdi. Türkiyənin 20-yə yaxın televiziyası 3 saat müddətinin qurultayın gedişini dünyaya canlı yayımladı. Amma bunu azərbaycanda etsəydik mümükün olmazdı.” Simsar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib Həmkarlarından inciyən deputat bildirib: “Yaşımdan, Milli Məclisdə olan stajımdan istifadə edib bir inciyliyimi və fikirimi çatdırmaq istəyirəm.

DAK-ın qurultayına Qazaxıstandan başlamış Avstraliyadan, Amerikadan və bir çox ölkələrdən millət vəkilləri gəlmişdilər. Öz həmkarlarım olan Azərbaycanın millət vəkillərinə dəvətnamə vermişdim. Amma buna baxmayaraq heç kim qurultaya gəlmədi. DAK İrana qarşı yaradılmış təşkilat deyil. Bu, diaspora təşkilatıdır, müstəqildir, nə müxalifət, nə də iqtidar deyil. Yalnız milli birliyə xidmət edən bir təşkilatdır.

Təəssüflər olsun ki, dəvətnamə verdiyim həmkarlarımın heç olmasa biri bir cümlə ilə qurultayı təbrik etmədi. Vaxtiylə mərhum Heyər Əliyev DAK-ın Vaşinqtonda keçirilən qrultayına 60-a yaxın adam göndərmişdi. Başa düşə bilmirəm, indi bu nə laqeydilikdir? Bizim aramızda yoldaşlıq var. Bir-birimizin xeyir-şərində iştirak edirik, çox gözəl. Amma bu da bir milli hərəkatdır, milli işdir”.

 

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!