28 Aprel, 2015
Deputatlar Tofiq Yaqublunun əfvini istədilər

“Tofiq Yaqublunun 7 günlüyə azadlığa buraxılması ölkə rəhbərliyinin iradəsinin göstəricisidir”.

Simsar.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun yasına buraxılmasına münasibət bildirib. O prezident İlham Əliyevə müraciət edib: “Cənab prezidentdən xahiş edirik ki, Tofiq Yaqublu azadlığa buraxılsın. Bununla bağlı əfv sərəncamı verilsin. Bu, cəmiyyətdə də müsbət qarşılanar. Həmin ailədə böyük bir faciə var. Ona görə də cəzasının bir qisimini çəkən Tofiq Yaqublu əfv olunsa, daha yaxşı olar”. Həmçinin deputat İqbal Ağazadə də Tofiq Yaqublunun əvf edilməsi üçün prezidentə müraciət edib. Sonra F. Mustafa AŞPA-da ermənilərin “soyqırımı” ilə bağlı 171 imza toplamasına da diqqət çəkib: “Məlumdur ki, onlara dəstək verən qüvvələr var. Təklif edirəm ki, Xarici İşlər Nazirliyində bununla bağlı bank yaradılsın. Qondarma soyqırımına dəstək verənlərin Azərbaycana gəlib-getməyinə məhdudiyyət qoyulsun”. Spiker Oqtay Əsədov isə deyib ki, AŞPA da ermənilər imza toplasa da, hər hansı qərar qəbul olunmayıb.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!