28 Aprel, 2015
Yaşar Vüsaləni Türkiyədə təbrik etdi – FOTO

Ötən həftə doğum günü şərəfinə Dubaya səfər edib, isti ölkədə dincələn müğənni və tele-aparıcı Vüsalə Rəcova Bakıya qayıdıb, yenidən Türkiyəyə yola düşüb. Bu barədə o, Simsar.az-a bildirib. Müğənni dostu Yaşar Cəlilovla Türkiyədə görüşən V.Rəcovanın doğum günü ziyafəti davam edib: “Yaşarla səfərimiz üst-üstə düşdü. “Səhər çağı” verilişində qonağım olarkən, eyni həftədə Türkiyədə olacağımızı bilib, nişanlımla birlikdə üçümüz görüşdük. Yaşarla Türkiyədə ad günümün davamını qeyd etdik”.
Vüsalə xanım gələn həftə yeni repertuarını təqdim edəcəyini də bildirdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!