28 Aprel, 2015
Avropa ölkələri Rusiyanı seçdi

“Bir çox Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları minimuma endirmək istəyir”.

Simsar.az xəbər verir ki, bunu Polşa Prezidenti Bronislav Komorovski söyləyib.

Onun sözlərinə görə, sanksiyalar Rusiyaya yetərincə təsirini göstərib:

“Sanksiya siyasəti olduqca incə bir ipdən asılıb. Bu, ancaq Rusiyadan asılı deyil. Avropa İttifaqı ölkələrinin böyük hissəsi Rusiyaya qarşı sanksiya siyasətini başa çatdırmaq istəyir. Lakin biz Polşa dövləti olaraq sanksiyaların davam etdirilməsinin tərəfdarıyıq. Sanksiyalar məsələsi bütün Qərb dünyasının ən çətin müzakirə olunan məsələsi olaraq qalacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!