28 Aprel, 2015
ABŞ-da küçəyə çıxmaq qadağan olundu

ABŞ-ın Baltimor şəhərində həyatını itirən qara dərili Freddie Qrayın dəfn mərasimindən sonra nümayiş keçirilib.

Simsar.az xəbər verir ki, Qrayın saxlandığı bölgədə dünən günortadan bəri yaranan gərginlik axşama doğru daha da şiddətlənib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və plastik güllələrdən istifadə etməli olub. Hadisələrdə azı 27 nəfərin saxlandığı, 15 polis və jurnalistin isə yaralandığı deyilir.

Bu arada, Baltimor şəhərinin bələdiyyə sədri Stefan Ravlinqs-Bleyk şəhərdə fövqəladə vəziyyət elan edib. Bu gün yerli vaxtla 22:00-dan 05:00-dək küçəyə çıxma qadağası tətbiq olunacaq. Bundan başqa, bələdiyyə sədri asayişi bərpa etmək üçün ABŞ Silahlı Qüvvələrinə müraciət edib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!