27 Aprel, 2015
Gecə döyüşləri, bir tank vuruldu

Dünən və bu gün Ukraynada Donetsk hava limanı ətrafında şiddətli döyüşlər gedib.

Simsar.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır.

Bildirilir ki, aprelin 26 və 27-də Ukrayna əsgərləri separatçıların nəızarət etdiyi mövqelərə hücumlar ediblər. Döyüşlər zamanı Ukrayna ordusunun bir tankı və 2 PDM-i vurulub.

Rusiya mətbuatının yazdığına görə, bölgədə iki günə yaxın davam edən döyüşlərdə Ukrayna əsgərləri geri çəkilib. Kəşfiyyat məlumatlarına əsasən Ukrayna tərəfi itki verib. Separatçılar tərəfdə isə yaralılar var.

İki günlük döyüşlərlə bağlı Ukrayna tərəfi hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Ukrayna prezidenti bir neçə gün əvvəl bəyan etmişdi ki, Ukrayna əsgərləri hücumlara məruz qalarsa, ölkədə hərbi vəziyyət elan ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!