27 Aprel, 2015
TÜRKPA seçkiyə qiymət verdi

TÜRKPA müşahidəçilər missiyası Qazaxıstanda keçirilmiş növbədənkənar seçkilərin qısamüddətli monitorinqinə dair bu gün mətbuat konfransı keçirib.

Simsar.az xəbər verir ki, missiyanın rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Çingiz Qənizadə tərəfindən Qazaxıstanın KİV nümayəndələrinə TÜRKPA müşahidəçilərinin seçkiqabağı və seçki günü fəaliyyəti, ən əsası seçki məntəqələrinin iş prosesinin qiymətləndirilməsi, seçki dairələrindəki vəziyyətin izlənilməsi və s. kimi məsələlər haqqında geniş məlumat verilib.

Bütövlükdə TÜRKPA beynəlxalq müşahidəçilər missiyası aprelin 26-da Qazaxıstan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərini beynəlxalq demokratik standartlara uyğun həyata keçirildiyini bildirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!