27 Aprel, 2015
Qonşusunu öldürüb, təslim oldu

Lənkəranda münaqişə zəminində qətl hadisəsi baş verib.

Simsar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 25-də Lənkəranın Aşağı Nüvədi qəsəbəsində yaşayan Vurğun Əlizadə qonşusu Şamama Fərəcovaya münaqişə zəminində bıçaqla xəsarət yetirib. Hadisə Ş. Fərəcovanın evində baş verib.

Nəticədə xəsarət alan Ş.Fərəcova hadisə yerində ölüb.

V.Əlizadə isə könüllü olaraq Lənkəran ŞRPŞ-yə gələrək təslim olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!