27 Aprel, 2015
Abdulla Gül Bakıya yola düşdü

Sabiq prezident Abdulla Gül, Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə Azərbaycanın paytaxtı Bakıya yola düşüb.

Simsar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin 11-ci prezidenti Abdulla Gül, sabah başlayacaq 3-cü Qlobal Bakı Forumunda iştirak edəcək, tədbirin açılışında və bağlanışında çıxış edəcək.

Forumda Azərbaycan Prezidenti İlham Əliyev, eyni zamanda Bolqarıstan Prezidenti Rosen Plevneliev, Makedoniya Prezidenti Gyorge Ivanov və keçmiş BMT Baş Katibi Butros Butros Gali məruzə ilə çıxış edəcəklər.

Bu arada Abdulla Gül, Şimali Kipr Prezidenti seçilən Mustafa Akıncını telefonla zəng edərək təbrik edib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!