27 Aprel, 2015
Rus bölməsi abituriyentlərinin nəticələri elan olunub

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub

İmtahanın nəticələri aprelin 27-də TQDK-nın internet saytında yerləşdirilib.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə ( https://www.e-gov.az/az/services/read/2641/1/?tqdk_xdm=12) nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 8426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib.

İmtahanda iştirak edən 7873 abituriyentdən 6631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Bu imtahanda “qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2015-ci il iyulun 7-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Aysel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!