27 Aprel, 2015
Elnurun mahnısı rekord qırır – Video

Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynovun “Hour of the Wolf” müsabiqə mahnısının klipi Eurovision TV-nin rəsmi “YouTube” kanalında 1 milyon dəfə izlənib.

Xatırladaq ki,  “Eurovision-2015” mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada mayın 19-dan 23-dək keçiriləcək. Təmsilçimiz mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrəli ifaçı kimi səhnədə “Hour of the Wolf” mahnısını təqdim edəcək.
Qeyd edək ki, E.  Hüseynov Moskavadan Gürcüstana yollanıb. Təmsilçimiz dünən Tiflis şəhərinə yola düşüb. O, axşam Tiflisdə təşkil edilən kosert proqramında müsabiqədə ifa edəcəyi “Hour of the Wolf” oxuyub. Bu gün səhər isə Elnur səhər verilişinə qatılıb. Daha sonra yerli media ilə görüşərək onların suallarını cavablandırıb. E. Hüseynov Gürcüstan səfəri çərçivəsində Fortuna radio, Music Box televiziyası və başqa yerli media üzvlərinə müsahibələr verəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!