27 Aprel, 2015
Mourinyodan "Arsenal" azarkeşlərinə CAVAB

İngiltərə Premyer Liqasının 34-cü turunda "Arsenal"la 0:0 bərabərə qalan "Çelsi"nin baş məşqçisi Joze Mourinyo yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Simsar.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis oyun zamanı "darıxdırıcı "Çelsi" şüarları səsləndirən "Arsenal" fanatlarının cavabını verib.

Mourinyo "Arsenal"ın 10 ildir çempion ola bilməməsinin daha darıxdırıcı olduğunu bildirib: "Təcrübəli komandayıq. Darıxıcı oynayırıq? Premyer Liqada ən çox qol vuran ikinci komandayıq. Məncə, darıxdırıcı olan "Arsenal"ın 10 ildir çempionluq yaşamamasıdır. Həqiqətən də, bu çox darıxdırıcıdır".

Qeyd edək ki, "Çelsi" Premyer Liqada keçirdiyi 33 oyundan sonra 77 xalla turnir cədvəlinə başçılıq edir. Mourinyonun komandası ən yaxın izləyicisi "Arsenal"ı 10 xal qabaqlayır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!