27 Aprel, 2015
Tehranda “Yaşasın Azərbaycan” - VİDEO

İranın futbol çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” klubu səfərdə Tehranın “Paykan” komandasının qonağı olub.

Simsar.az xəbər verir ki, qarşılaşma təbrizlilərin 2-0 qələbəsi ilə başa çatıb. “Traktorsazi”nin heyətində Fərşad Əhmədzadə və Lusiano Edinyo fərqləniblər. Edinyonun vurduğu 2-ci qoldan sonra isə stadionda maraqlı anlar yaşanıb.

Braziliyalı futbolçu qolun sevinci ilə üzərinə “Yaşasın Azərbaycan” sözləri yazılmış köynəyini təbrizli azarkeşlərə göstərib. Təbrizlilər stadionda ənənəvi “Yaşasın Azərbaycan” şüarı səsləndiriblər.

Qeyd edək ki, “Traktorsazi” bu qələbə ilə xalını 53-ə yüksəldib və İran çempionatında liderliyini qoruyub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!