27 Aprel, 2015
Atasını itirən müğənni layihəni yarıda qoymadı

"Bu mənəm-2" layihəsinin daha bir azyaşlı iştirakçısı 6 yaşlı Həsənzadə İskəndər oldu. Bu dəfə ona müğənni Təranə Mahmudova dəstək olub. T.  Mahmudova və İskəndərin ifa etdikləri mahnı   
"Kiçik sevgi" adlanır. Nəğmənin musiqisi layihə rəhbərləri Bəbir və Ülviyyə Bəbirliyə, sözləri isə Ruhiyyə Rüstəmovaya aiddir.

"Layihədə iştirakı ərəfəsində Təranə xanımın atası rəhmətə getdi. Həyatının ən ağır günlərində belə bizə və kiçik İskəndərə öz dəstəyini əsirgəmədi" – deyə, layihə rəhbərləri bildirib.

Nəzərinizə çatdıraq ki, İskəndər musiqini çox sevir və özü də professional şəkildə vokalla məşğul olur. O, Təranə xanımla birlikdə “Bu mənəm-2”-nin sonuncu iştirakçılarıdı. Buna qədər layihədə tanınmış simalardan - Tüznalə Ağayeva, Eldar Qasımov, Samira Allahverdi, Lalə Məmmədova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnar Rəhman öz duet ortaqları ilə iştirak ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!