27 Aprel, 2015
Bacı-qardaşı maşın vurub öldürdü - Sumqayıtda

Sumqayıtda maşın bacı-qardaşı vuraraq öldürüb.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 25-də saat 23 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Gədəbəy rayon sakini Xəqani Cəfərov və onun bacısı Arifə vurulub. Nəticədə piyadalar hadisə yerində ölüblər.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “BMW” markalı avtomobilin sürücüsü İlqar Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!