27 Aprel, 2015
“Azərbaycanla Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var” - ŞEYX

“Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var”.

Simsar.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. O deyib ki, bu qüvvələr xaricdən təzyiqləri artırıblar və erməni kartından daha çox istifadə edirlər: “Qondarma bir “soyqırım”ı bayraq edib, Türkiyəyə qarşı istifadə edirlər. Azərbaycana qarşı törədilənləri isə bundan ayırıb, Türkiyəni ermənilərlə ayrıca üz-üzə qoymaq istəyirlər. Türkiyəni bizə görə ittiham etmək istəyirlər. Halbuki biz qardaş xalqıq, kədərimiz və sevincimiz ortaqdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!