27 Aprel, 2015
Dövlət İdarəçilik Akademiyasında TAMAŞA – Fotolar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU ) “Səda” Tədris Teatrının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru - fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev qonaqları salamlayıb, iki ali təhsil ocağı arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib.
Daha sonra çıxış edən ADMİU-nun müəllimi, teatrşünas Elçin Cəfərov Nəcəf bəy Vəzirovun yaradıcılığı, görkəmli ədibin Azərbaycan teatr sənətindəki yeri haqqında danışıb. Nəcəf bəy Vəzirovun dramaturji yaradıcılığının estetik parametrləri haqqında ətraflı məlumat verən teatrşünas fikrini Ü.Hacıbəyovun fikirləri ilə bitirib.

Tədbir çərçivəsində Dövlət İdarəçilik Akademiyasının akt zalında Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyorluğu” ixtisası üzrə 4-cü kurs tələbələrinin (kurs rəhbəri Gülşad Baxşıyeva) ifasında görkəmli dramaturqun “Ev tərbiyəsinin bir şəkli” komediyası əsasında hazırlanmış tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru ADMİU-nun professoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Gülşad Baxşıyeva, rejissor assistenti Ayşən Mirzəyeva, musiqi tərtibatçısı Seymur İkramdır.Tamaşada ADMİU-nun “Aktyor sənəti” fakültəsinin 4-cü kurs tələbələri Elməddin Məmmədov (Bayraməli bəy), Ayaz Məmmədov (Şahmar bəy), Əbdül Məcidli (Səfdərqulu), Elmir Yusif (Rəsul) və Məhəmməd Abdulla (Əsgər) çıxış ediblər. Tələbələrin ifasında nümayiş olunan tamaşa Universitetin müəllim-tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!