27 Aprel, 2015
Avtobus "07" ilə toqquşdu - Ölən və yaralılar var

Bakıda zəncirvarı qəza baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 26-da saat 11 radələrində Sabunçu qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri - 1956-cı il təvəllüdlü Yaşar Mehdi oğlu Məmmədovun idarə etdiyi “İnfiniti” markalı, 1982-ci il təvəllüdlü Habil Əli oğlu Bayramovun idarə etdiyi 148 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı avtobus və 1994-cü il təvəllüdlü İsfəndiyar Mikayıl oğlu Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Abdullayev və sərnişini - atası 1963-cü il təvəllüdlü Mikayıl Əziz oğlu xəstəxanaya daxil olub, İ.Abdullayev xəstəxanada ölüb.

Faktla bağlı araşdırma  aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!