27 Aprel, 2015
Bacısı qızını öldürən şəxs tutuldu

Bakıda qətl hadisəsi törədən şəxs saxlanılıb.

Xəzər Rayon Polis İdarəsindən Simsar.az-ın verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində aprelin 17-də Buzovna qəsəbəsində, Naxçıvani küçəsi, ev 13 də qətl hadisəsi törədən Namiq Aslanov tutulub.

Qeyd edək ki, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Namiq Aslanov ailə münaqişəsi zəminində bacısı qızı 1996-cı il təvəllüdlü Nigar Şikar qızı Məliklini bıçaqlayaraq qətlə yetirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!