27 Aprel, 2015
Şahbaz Quliyev əməliyyat olundu

Kəlbəcərdə girov götürülən və hazırda Xankəndində saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunub.

Simsar.az-ın “Kavkazskiy uzel” portalına istinadən verdiyi məlumata görə, Ş. Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalıb. Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada Ş. Quliyevə baş çəkib. Onlar Ş. Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!