27 Aprel, 2015
İctimai nəqliyyat 20 saat çalışacaq
“Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyi günlər ərzində Bakı və ətraf ərazilərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri 20 saatlıq iş rejiminə keçəcək.

Bunu Simsar.az-a Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

“İlk Avropa Oyunlarının keçiriləcəyi günlərdə ictimai nəqliyyat səhər saat 05:00-dan gecə saat 01:00-dək çalışacaq”, - deyə N. Həsənov bildirib.

Qurum rəsmisi qeyd edib ki, “Bakı-2015” Avropa Oyunları başa çatdıqdan sonra ictimai nəqliyyat əvvəlki iş rejimində çalışacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!