27 Aprel, 2015
“Bavariya” çempion!

Almaniya çempionatında 30-cu tura yekun vurulub. Simsar.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.

Bu tur Bundesliqada 2014/15 mövsümünün qalibinin müəyyənləşməsi ilə əlamətdar olub. "Volfsburq" səfərdə "Borussiya"ya (Münhenqladbax) uduzmaqla lider "Bavariya" ilə xal fərqinin 15-də qalmasına səbəb olub. Bundesliqanın bitməsinə 4 tur qaldığını və "Volfsburq"un maksimum 12 xal qazana biləcəyini nəzərə alsaq, artıq "Bavariya" çempionluğunu rəsmən elan edib. Bu "pivəçilər"in ölkə tarixindəki 25-ci çempionluğu olub ki, komanda bunula özünəməxsus rekordu yeniləyib.

Xosep Qvardiola isə ardıcıl ikinci mövsümündə "Bavariya"ya ikinci ölkə çempionluğunu qazandırıb. Çalışdırıcı ötən mövsüm də komandaya erkən çempionluq yaşatmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!