27 Aprel, 2015
Yenidən NAZARBAYEV

Aprelin 26-da Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində sensasiya baş verməyib. Simsar.az-ın TASS-a istinadən verdiyi məlumata görə, hazırkı dövlət başçısı Nursultan Nazarbayev 97,7% səs toplayaraq öz vəzifəsində qalıb.

Kommunist Turqun Sızdıkov 1,6%, müstəqil namizəd Abelqazi Kusainov isə 0,7% səs alıblar.

Səsvermədə seçicilərin 95,22%-i iştirak edib.

Yekun rəsmi nəticələr mayın 3-dən gec olmayaraq açıqlanacaq.

Qeyd edək ki, prezident seçkiləri əslində 2016-cı ildə keçirilməli idi. Lakin həmin il ölkədə parlament seçkiləri də keçiriləcəyindən, iki seçkinin üst-üstə düşməməsi üçün prezident seçkilərini 1 il erkən keçirmək qərara alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!