27 Aprel, 2015
Paytaxtda güclü tıxac var

Bu gün Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət etdiyi əksər mərkəzi küçələrdə tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Simsar.az-a verilən məlumata görə, hazırda Koroğlu Rəhimov küçəsi, Heydər Əliyev prospekti (şəhər istiqamətində, əsas yol), Azadlıq prospekti, Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqamətində), habelə Bakı-Sumqayıt şosesində (paytaxt istiqamətində) tıxac müşahidə olunur.

Eyni zamanda, nəqliyyat vasitələrinin Neftçilər prospekti (Qız Qalasının qarşısı), Niyazi küçəsi, Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı) və Həsən Əliyev küçəsi (TQDK-nın qarşısı) ilə hərəkətində sıxlıq yaranıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!