25 Aprel, 2015
Millət vəkilinin oğlunun toyunda MARAQLI HAL - Foto

Millət vəkili Fərəc Quliyev oğluna toy edib.

Simsar.az qaynar.info-ya istinadən xəbər verir ki, deputatın ortancıl oğlu Nikbin Quliyev aprelin 24-də ailə həyatı qurub. Toy paytaxtda yerləşən "Xudafərin" şadlıq sarayında baş tutub. Toyun aprelin 24-də qeyd edilməsi də əvvəlcədən düşünülüb.

Belə ki, mərasim Çanaqqala zəfərinin 100-cü ildönümü ilə eyni günə düşür. Toyda daha bir maraqlı hadisə isə bəylə-gəlin restorana daxil olarkən yaşanıb. Adətən ənənəvi hal almış "Vağzalı" musiqisi deyil, Azərbaycan himni səsləndirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!