25 Aprel, 2015
HƏMAS: “Türklərin yanındayıq”

“Bu təhrikedici kampaniyaya (“soyqırım”) qarşı Türkiyə xalqı və hökumətinin yanındayıq”.

Simsar.az xəbər verir ki, bu açıqlama ilə HƏMAS-ın Siyasi Bürosunun rəhbər köməkçisi İsmail Həniyyə çıxış edib. O, Qərbin “soyqırım” məsələsindən istifadə edərək Türkiyənin yüksəlişinin qarşısını almağa çalışdığını bildirib:

“Bu təhrikedici kampaniyaya (“soyqırım”) qarşı Türkiyə xalqı və hökumətinin yanındayıq. Bizə görə bu kampaniyanın məqsədi Türkiyəni çətin vəziyyətə salıb, regiondakı oynadığı roldan qoparmaq və Fələstin məsələsindəki mövqeyini dəyişməkdir. Türkiyə daxildə və xaricdə bir çox böhranı və problemi həll edərək, regionda önəmli siyasi və iqtisadi güc halına gəlib. G20 sammitinin yaxında Türkiyədə keçiriləcəyi də bunu sübut edir. Qərbin hədəfi bu yüksəlişin qarşısını almaqdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!