İqtisadi İnkişaf Nazirliyi tələbələr arasında maarifləndirmə işləri aparıblar
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumatda bildirilir ki, mayın 12-də Azərbaycan Texniki Universitetində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda növbəti seminar keçirilib.
Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib.
Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” məruzəsi ilə çıxış edərək, dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
RAMİL