Amerikalı aktyor Soyer Sviten iki gün qabaq – aprelin 23-də intihar edib. Komediya serialı olan “Hamı Reymondu sevir” ilə məşhurluq qazanan 19 yaşlı aktyor dünən Texasda intihar edib. Simsar.az İnterfax.ru-ya istinadən xəbər verir ki, o öz evində başına atəş açıb. Aktyorun ailəsi intiharla bağlı heç bir ehtimalları olmadığını açıqlayıb. Xatırladaq ki, 2 ay sonra aktyorun 20 yaşı tamam olacaqdı.