25 Aprel, 2015
Yol polisinin rəis müavini qəzaya düşdü

Bakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev xidməti avtomobili ilə qəzaya düşüb.

Simsar.az Aznews.az-a istinadən xəbər verir ki, qəza zamanı 10 YP 400 nömrə nişanlı avtomobil yararsız hala düşüb və evakuatorla duracağa aparılıb.

Hadisəni Rəşadət Babayev təsdiq edib. O, açıqlamasında qəza zamanı sükan arxasında özünün olduğunu söyləyib: “Bu olayla bağlı müstəntiqlər tərəfindən araşdırma gedir. Əlavə informasiyanı ərazi üzrə polis idarəsindən və bu işi aparan müstəntiqdən ala bilərsiniz. Hazırda iclasdayam, geniş danışa bilmirəm”.

Alay komandiri hadisənin harada və necə baş verdiyi haqda informasiya verməyib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!