25 Aprel, 2015
Kreml Türkiyəyə cavab verdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Prezident Vladimir Putinin Ermənistan səfərinin, Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir etməyəcəyini düşündüklərini söyləyib.

Simsar.az aa.com.tr-yə istinadən xəbər verir ki, Peskov, Rusiya mətbuatına verdiyi açıqlamasında, Putinin digər ölkə liderləri ilə birgə İrəvanda olmasının çox təbii olduğunu müdafiə edib: “Putinin anma mərasiminə qatılmasının (Rusiya-Türkiyə münasibətlərində) mənfi əks olunacağını düşünmürük".

"Putinin açıqlamalarını yaxşı oxumaq, eyni zamanda Türkiyənin bizim strateji tərəfdaşımız olduğunu unutmamaq da çox əhəmiyyətlidir. Türkiyə ilə geniş əlaqələrimiz mövcuddur və münasibətlərin inkişaf perspektivi olduğunu hesab edirik”- deyə Peskov bildirib.

Bildirək ki, Türkiyə Xarici İşlər Nazirliyi, Rusiya prezidenti Validmr Putinin 1915-ci il hadisələrinə dair açıqlamasının Türkiyə tərəfindən yox hökmündə qəbul edildiyini qeyd edərək "soyqırım" ifadəsinin istifadə edilməsini pisləmişdi.

Nazirlikdən yazılı açıqlamasında, "Rusiya prezidenti V.Putinin, bütün xəbərdarlıq və çağırışlarına baxmayaraq, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirilməsini rədd edir və pisləyirik. Hüququn açıq pozuntusu olan bu cür siyasi bəyanatlar Türkiyə üçün yox hökmündədir" – deyilmişdi.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!