25 Aprel, 2015
“Qarabağ” - “Neftçi”, “Xəzər” - “Qəbələ” - AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları keçiriləcək.

Simsar.az-ın məlumatına görə, turun bütün oyunları eyni günə nəzərdə tutulub.

“Xəzər Lənkəran” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Ardıcıl altı oyunda qələbə qazanan Roman Qriqorçukun komandası Lənkəran səfərindən də üç xalla dönməyə çalışacaq.

Kubokun yarımfinalında  mübarizəni dayandıran “Simurq” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

“İnter” öz meydanında AZAL-la üz-üzə gələcək. İkinci pillədə qərarlaşan “bankirlər” ardıcıl dörd oyunda qələbəyə həsrət qalan AZAL-ı xalsız yola salmağa çalışacaq.

Turun ən maraqla gözlənilən oyunu da paytaxda baş tutacaq. Burada əzəli rəqiblər  - “Qarabağ” və “Neftçi” qarşılaşacaq. İki mövsümdür Ağdam təmsilçisinə qalib gələ bilməyən paytaxt klubu bu uğursuz seriyanı qırmaq niyətindədir.  Qurban Qurbanovun komandası isə üç xal qazanıb çempionluğa bir qədər də yaxınlaşmaq fikrindədir.



25 aprel

Azərbaycan Premyer Liqası, 31-ci tur

17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər:
Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. “Sumqayıt” – “Simurq”
Hakimlər:
Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
“Kapital Bank Arena”


18:00. “İnter” – AZAL
Hakimlər:
Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov
“İnter Arena”

19:00. “Qarabağ” – “Neftçi”
Hakimlər:
Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev
“Bakcell Arena”

Turnir cədvəli

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 27 18 6 3 44-22 60
2 İnter 26 13 11 2 42-13 50
3 Neftçi 27 13 7 7 33-23 46
4 Qəbələ 27 12 7 8 38-33 43
5 Simurq 27 10 5 12 35-30 35
6 AZAL 27 8 8 11 29-38 32
7 Xəzər Lənkəran 26 7 6 13 32-40 27
8 Sumqayıt 26 4 9 13 24-37 21
9 Bakı 27 2 7 18 17-58 13
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0



Bombaridrlər

Nurlan Novruzov ("Bakı") - 13 qol
Draqan Çeran ("Simurq") - 12 qol
Reynaldo Silva ("Qarabağ") - 9 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 9 qol
Nikolas Kanales ("Neftçi") - 9 qol
Cavid Hüseynov ("Qəbələ") - 9 qol
Freddi Mombonqo (AZAL) - 8 qol
Mikel Alvaro (“İnter”) - 8 qol
Franka Nildo ("İnter") - 8 qol    
Rəşad Eyubov ("Simurq") - 7 qol

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!