25 Aprel, 2015
İlham Əliyev Ollandla görüşdü

Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb

Bu gün səhər Azərbaycan prezidenti İlham Əliyev və Bakıda işgüzar səfərdə olan Fransa prezidenti Fransua Olland arasında təkbətək görüş keçirilib.

Simsar.az-ın məlumatına görə, görüşdən sonra Azərbaycan və Fransanın Təhsil nazirlikləri arasında Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb.

Qeyd edək ki, F. Olland Bakıya aprelin 24-də axşam gəlib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!