24 Aprel, 2015
"ABŞ bütün münaqişələrin təşəbbüskarıdır"

“ABŞ müasir dövrdə baş vermiş bütün münaqişələrin yeganə təşəbbüskarıdır”.

Simsar.az-ın TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Andrey Kartapolov çıxış edib.

O bildirib ki, son 10 ildə ABŞ tərəfdaşları ilə birlikdə 50 dəfə hərbi güc tətbiq edib.

“Bütün hərbi münaqişələrin sifarişçisi rolunda ABŞ çıxış edir. Bu gün Qərb ölkələri özlərini beynəlxalq münasibətlər sisteminin əsas memarları kimi aparırlar, ABŞ isə dünyada yeganə fövqəl dövlətdir”, - deyə o vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!