24 Aprel, 2015
Bakıda məktəb yandı - 20 şagird təxliyə edildi

Bakıda məktəbdə yanğın baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 5202 kv.m olan üçmərtəbəli orta məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılan 3 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı 20 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!