24 Aprel, 2015
PÜŞK atıldı: "Barsa" - "Bavariya", "Yuve" - "Real"

Bu gün Çempionlar Liqasında 2014/2015 mövsümünün son püşkü atılıb.

Simsar.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib.

Çempionlar Liqasının son qalibi "Real" (Madrid) yarımfinalda "Yuventus"la qarşılaşacaq. "Barselona" isə "Bavariya" münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları 5-6 may, cavab qarşılaşmaları isə 12-13 mayda keçiriləcək.

Yarımfinal mərhələsinin cütlükləri:

"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

"Yuventus" (İtaliya) - "Real" (Madrid, İspaniya)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!