24 Aprel, 2015
Livanlılardan ermənilərə “soyqırım” ETİRAZI

Livanın paytaxtı Tripolidə xalq “erməni soyqırım”ı tətilini boykot edib.

Simsar.az xəbər verir ki, livanlılar dövlət rəsmilərindən fərqli olaraq, Türkiyənin yanında olduqlarını göstəriblər. Onlar Tripolinin 726 il öncə 26 apreldə türk məmlükləri tərəfindən yenidən inşa edildiyinə işarə edərək, ermənilərə qarşı kampaniya başladıblar:

“Şəhərimizin yenidən inşa edilməsinin ildönümündə tariximizlə əlaqəsi olmayan erməni iddialarını yox, şəhərimizi yenidən inşa edən türkləri xatırlamağımız lazımdır. Türklər bu şəhəri tikməsəydilər, burada olmazdıq. Tripolinin hər tərəfinə türk bayrağını asma kampaniyasına qoşulun ki, Türkiyə ilə olan ortaq tariximizə qarşı böhtanlara cavab verək”.

Qeyd edək ki, Livanda 1915-ci il hadisələrinə görə, məktəblərdə tətil elan edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!