24 Aprel, 2015
Zakir Həsənov Çanaqqala üçün Türkiyəyə getdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə yola düşüb.

Simsar.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Zakir Həsənovu səfərə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın dəvət edib.

Azərbaycan müdafiə naziri Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!