24 Aprel, 2015
Azərbaycanın “Çanaqqala mesajı” və Rusiya fenomeni

Çanaqqala zəfərinin 100-cü il dönümü ilə əlaqədar bu gün Türkiyədə keçiriləcək anım mərasimində 21 dövlət lideri iştirak edəcək. Həmçinin tədbirdə parlament nümayəndələri, müavinlər, baş nazirlər, nazirlər və səfirliklər təmsilçi olaraq iştirak edəcəklər.

Simsar.az xəbər verir ki, dövlət liderləri arasında Birləşmiş Krallığının Uels şahzadəsi Çarls, İraqın prezidenti Fuad Masum, Qətər əmiri Tamim Əl Sani, Suriya Milli Koalisiya naziri Xalid Hoca və Azərbaycan prezidenti İlham Əliyevin də adı yer alıb.

Bu arada Ermənistanın qondarma “soyqırım”ın 100-cü ildönümü münasibəti ilə İrəvanda keçiridiyi anım mərasiminə isə Rusiya prezidenti Vladimr Putin, Fransa prezidenti Fransua Olland qatılacaqlar.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi missiyasını həyata keçirən iki dövlət – Fransa və Rusiya prezidentlərinin qondarma soyqırıma dəstək nümayiş etdirmələri, bu azmış kimi qərəzli bəyanatla çıxış edərək anım mərasimlərinə qatılmaqda qərarlı olduqlarını bildirmələri həm Azərbaycana, həm də Türkiyəyə göndərilən siyasi mesajdır.

Proseslərin fonunda İlham Əliyevin Çanaqqala zəfərinin anım mərasiminə qatılması ikili standartları həyata keçirən dövlətlərə və beynəlxalq təşkilatların bəyanatlarına verilən tutarlı cavab hesab etmək olar. Amma belə bir addımın şimal qonşu olan Rusiya tərəfindən necə qəbul olunacağı müəmmalı qalır.

NATO Əmkdaşlıq İnstitunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin Çanaqqala zəfərinin 100-cü il dönümü münasibəti ilə təşkil olunan mərasimdə iştirak etməsi müttləqdir və buna heç bir ölkə hansısa bir formada etiraz edə bilməz. İnstitut rəhbərinin sözlərinə görə Türkiyə Azərbaycanla saəcə güclü tərəfdaş deyil, həmçinin bu iki ölkə tarixi köklərlə biri-birinə başlanan qardaş ölkələrdir.

F.Məmmədov hesab edir ki, Rusiya Azərbaycan prezidentinin zəfər mərasimində iştirak etdiyinə görə hansısa zidd addım atmayacaq: “Rusiyanın  Azərbaycan daxilində yetərincə strateji postları mövcuddur. Bu postlarda zaman-zaman sınanılmış şəxslər yer alıblar. Azərbaycanm hökuməti hər hansı bir yanlış addım atarsa, o zaman cəzalandırılması mütləq olacaq. Bunu Azərbaycan hökuməti  yaxşı bilir və hər zaman ehtiyyat edir”.

Tarixə nəzar saldıqda aydın görmək olar ki, dünyada mövcud olan xristian dövlətləri türk və müsəlman aləminə qarşı hər zaman qərəzli münasibət göstəriblər və “parçala və höküm sür” siyasəti yürüdüblər. Təsadüfü deyil ki, əsirlər boyu ən çox sıyqırıma, rəzalətə müsəlman və türk dünyası məruz qalıb. Bu gün də bu dağıdıcı və amansız siyasət davam etdirilir.

Hüseyn İbadlı
Siyasət Şöbəsi

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!