24 Aprel, 2015
Bakıda “Eşq və intiqam” olacaq

Aprelin 27-də Mingəçevir Dövlət Dram Teatrı Bakıda Akademik Milli Dram Teatrının səhnəsində Süleyman Sani Axundovun “Eşq və intiqam” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.

Simsar.az  xəbər verir ki, tamaşanın quruluşçu rejissoru xalq artisti Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Tamaşada əsas rolları əməkdar artistlər Ella Yaqubova, Akif Mirabov, aktyorlar Aydın Quliyev, Ruhəngiz Abdullayeva, Afət Əliyeva, İlqar Rəhimov və başqaları canlandıracaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!