24 Aprel, 2015
Ronaldo azarkeşi ağlatdı, sonra... - VİDEO

Çempionlar Liqasının ¼ final mərhələsində baş tutan “Real” “Atletiko” oyunundan öncə maraqlı hadisə baş verib.

Simsar.az xəbər verir ki, meydan sahiblərinin portuqaliyalı ulduzu Kriştiano Ronaldo isinmə hərəkətləri zamanı istəməyərək topu tribunada əyləşən balaca bir fanatın üzünə vurub.

Bu hərəkətindən sonra üzülən Ronaldo komanda soyunub-geyinmə otağına yollanarkən azarkeşin yanına gəlib. Ulduz futbolçu formasını balaca tərəfdara bağışlayaraq üzr istəyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!