24 Aprel, 2015
Bu brilliant 22 milyon dollara satıldı – FOTO

Nyu-Yorkda Sotheby’s ticarət evinin təşkil etdiyi hərracda çəkisi 100 karat olan qüsursuz təmizliyə və formaya malik unikal rəngsiz brilliant satılıb. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin şəffaflığına görə bulaq suyu ilə müqayisə etdikləri rəngsiz brilliant hərracda 22,1 milyon dollara satılıb. Hərracdan qabaq mütəxəssislər bu nadir brilliantın qiymətini 19-25 milyon dollar məbləğində dəyərləndirirdilər. Adətən belə hallarda alıcının kimliyi yenə açıqlanmasa da, onun hərraca telefon vasitəsilə qoşulduğu bildirilib.
Təxminən 10 il bundan əvvəl Cənubi Afrikanın mədənlərində tapılan bu qüsursuz qiymətli daşın çəkisi cilalanmadan öncə 200 karatdan artıq olub. Sotheby's ticarət evinin məlumatına görə, son 25 ildə hərraclarda çəkisi 100 karatdan artıq olan cəmi 6 qüsursuz brilliant satılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!