23 Aprel, 2015
Emin Madriddə tanınmasına təəccüblənib - FOTO

Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni-bəstəkar EminRusiyanın “Hello” dərgisinə müsahibə verib. Simsar.az Eminin rəsmi saytına istinadən xəbər verir ki, ifaçı Avropa turnesindən danışıb:“Madriddə olanda hava limanında sənədlərimi təqdim etdim. “Emindir. Baxın, Emin” – deyə qışqırdılar. Təəcübləndim. Xarici ölkədə məni müğənni kimi tanımaları sevindirici haldır. Hələ də bunun baş verdiyinə inanmıram. Başqa ölkədə məşhurlaşmaq mənə reallaşmayacaq arzu kimi gəlirdi. Avropada olanda musiqiçilərlə birlikdə taksiyə əyləşdik. Radioda mənim “Amor” mahnım səslənirdi. Sevindiyimdən necə qışqırdımsa, sürücü başa düşdü və imza istədi. Ümid edirəm ki, bütün Avropanın qəlbini qazana biləcəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!